MƏLUMATLARI UNUTDUNUZ?

YENİ HESAB AÇ

TƏKƏR TƏLİMATI

Təkərlərinizin ömrünü uzatmaq və qayğısına qalmaq üçün bu təlimatları izləməyi unutmayın.

01

HAVA TƏZYİQİ

Təkərin xarici görünüşünü və hava təzyiqini, sürüşdən əvvəl müntəzəm olaraq yoxlamaq lazımdır.
02

Düzgün park

Avtomobili təkərlər üçün uyğun yerlərdə və qaydalara zidd olmayan şəkildə park etmək lazımdır.
03

Sürtünmə sürüşü

Yeni təkərləri dəyişkən hava şəraitlərində isindiyi zaman daha tez zədələnə bilər. Məhz bu səbəbdən yeni təkər üçün sürtünmə sürüşü ilə edilməlidir.
04

SÜRƏTİ AZALT

Nahamar yollarda sürət azaldılmalıdır. Əks təqdirdə yollarda olan kəskin çıxıntılar təkəri kəsə bilər.
05

HAVAYA DİQQƏT!

Sürücü hava şəraitinə diqqət yetirərək sürüşünü etməlidir. Yağışlı və soyuq havalarda sürücü sürəti azaltmalıdır.
Təkər təzyiqi normaldırmı?

Təkər təzyiqinin həddindən artıq çoxluğu, azlığı kimi təhlükəlidir. Təzyiq az olduqda əyləc zamanı təkər diskin ətrafında fırlanaraq balansın pozulmasına və hətta əyləcin tutma məsafəsinin artmasına və bu da qəzayə səbəb ola bilər. Ayrıca təkərin və diskin sıradan çıxmasına da gətirib çıxara bilər. Təzyiq artıqlığı da hərəkət zamanı isinən təkərdəki təzyiqin daha da artmasına və anidən partlamasına səbəb ola bilər. Bu səbəbdən avtomobil və təkər istehsalçılarının təlimatlarına riayət etmək şərtdir.

Yeyilmə bərabəryanlıdırmı?

Təkər səthinin yeyilməsinin bərabəryanlı olması vacibdir. Adətən istehsalçının tövsiyyəsi olan 8-10 min km-dən bir yerdəyişmələrin yeyilmənin bərabəryanlı olmasını və təkərlərin resurslarının düzgün istifadəsini təmin edir. Fəqət nasazlıq zamanı bu yeyilmələr düzgün paylanmaya bilər. Bu zaman təkərlərin çəpliyinin tənzimlənməsi vacibdir.

Təkər yeyilməsi yeyilmə indeksindən daha aşağıdırmı? ( 1.6 mm )

Hər bir təkərin üzərində yeyilmə indikatorları mövcuddur. İstehsalçı tərəfindən icazə verilən yeyilmələr bu indikatorlara qədər olan qismdir. Bu qismdən etibarən təkərin yenisi ilə əvəz edilməsi şərtdir. Düzgün əyləc məsafəsi və sağlam təkərlər üçün bu diqqət edilməsi vacib olan göstəricidir.

Hər hansı bir zədə varmı?

Təkərdə hər hansı bir batmış cism və ya daş tərəfindən meydana gələn zədələnmə varsa təhlükəsizliyiniz üçün yenilənməsi vacibdir. Ayrıca şişliklər meydana gələn təkərlər isinmə və yüksək sürət zamanı partlama təhlükəsi daşıdığı üçün mütləq yenisi ilə əvəz edilməlidir.

Ehtiyat təkərdə zədə varmı?

Zədələnmiş təkər təhlükəli olduğu üçün ehtiyat üçün də istifadə edilməsi yolverilməzdir..Əksər hallarda avtomobil istehsalçıları ehtiyat təkəri daha incə və qısa məsafəyə çatmaq üçün nəzərdə tuturlar. Bu belə olmadıqda istifadə edilən təkərlərin eynisindən istifadə edilməsi daha məqsədəmüvafiq olacaqdır.

Disklərdə zədə varmı?

Zədələnmiş disklər təkərin havasının boşalmasına səbəb ola bilər. Bundan əlavə yüksək sürət zamanı avtomobilin bir çox ehtiyat hissəsinə xəsarət verə bilər. Bu da qəza ilə nəticələnə bilər. Müntəzəm şəkildə təkərlərin balanslarının tənzimlənməsi belə qüsurların vaxtında aşkarlanmasına yardımçı olacaqdır.

Yağıntı yolu nədir?

İslanmış və ya yağıntılı yolda sürətlə hərəkət edərkən yol səthinə təmas azalacaq və yağıntılı səthdə hərəkət ediləcəkdir. Bu səbəbdən yağıntı indeksi aşağı olan təkərlərdən istifadə etməkdən uzaq durmaq lazımdır.

YUXARI